Aprelin 30-da Astara Heydər Əliyev Mərkəzində  rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Kompyuter oyunları Milli Assosiasiyası” İctimai Birliyi tərəfindən kompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının Lənkəran zonası üzrə seçim turu keçirilib.
Tədbirin açılışında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bu çempionatın “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  15 sentyabr 2017–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2025-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən həyata keçirildiyin bildirib.
 Sonra “Kompyuter oyunları Milli Assosiasiyası”nın sədri Ramil Əliyev Çempionatın məqsədinin gənclərin intellektual səviyyəsini, dünya görüşünü, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu qeyd etmişdir.
Çempionatda Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Neftçala, Salyan və Yardımlı rayonlarının komandaları və fərdi oyunçuları iştirak etmişdir.
Komanda oyunları “Counter-Strike: Global Offensive”, “DOTA 2” və “League of Legends”, fərdi oyunlar isə PES18, HeartStone, Tekken 7 üzrə keçirilib.
Püşkatmadan sonra Asif İsmayılovun hakimliyi ilə keçirilən oyunların sonunda fərdi oyunlarda PES18-də Rüstəmli Elməddin (Biləsuvar rayonu) I yerə, HeartStone-da Cəfərli Nicat (Astara rayonu) I yerə,  Tekken 7-də Heydərzadə Rəşad (Astara rayonu) I yerə, komanda oyunlarında isə “Counter-Strike: Global Offensive”-də Masallı rayon komandası I yer, Biləsuvar rayon komandası II yer, Astara rayon Komandası III yer, “DOTA 2” oyununda isə Astara rayon komandası I yerə layiq görülüblər.
Komanda oyunları və fərdi oyunlarda I yeri qazanmış oyunçular Respublika finalında iştirak etmək hüququ qazanıblar.
Elnur Qurbanlı
Astarainfo.az