Hindistanda baş verən qəzada 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Hindistanın şimalında yerləşən Ximaçal-Pradeş ştatında  ağır nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 Sərnişin avtobusu yük maşını ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri aparılır. Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.apa