Lənkəran Sərhəd Dəstəsi, rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilmişdir.
Tədbiri giriş sözü ilə Lənkəran Sərhəd Dəstəsinin şəxsi heyyət üzrə şöbənin ictimaiyyətlə əlaqələr bölməsinin baş zabiti, mayor Teyyub Əhmədov açıq elan edib. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası-Dövlət himnini oxumuşlar. Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, RTŞ-nin Çağırışa qədər hazırlığı üzrə baş metodisti Rasim Cəfərov, RTŞ-nin Fiziki tərbiyə üzrə baş metodisti Nizaməddin Ələkbərov,Lənkaran Sərhəd Dəstəsinin Qoşun hazırlığı bölməsinin bəş zabiti,mayor Faiq Bayramlı vətənpərvərlik tədbirinin əhəmiyyəti barədə çıxış etmiş və məktəbli gənclərə hərbi, fiziki və mənəvi tərbiyədə uğurlar arzulamışlar.
Yarışda 9 komanda 45 nəfər məktəbli, 9 nümayəndə, 5 nəfər hakimlər heyyəti iştirak etmişdir.
Yarışda “ Sıra hazırlığı ”, “Avtomatın sökülməsi və yığılması”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndirin dartılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili ” mərhələləri üzrə komandalar mübarizə aparmışlar.
I, II və III yerlərə müvafiq olaraq Təngərüd kənd tam orta məktəb, Astara şəhər 2 saylı tam orta məktəb, Səncərədi kənd tam orta məktəb komandaları layiq görülmüşlər.
Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.
Rayon turunun qalibi- Təngərüd kənd tam orta məktəbin komandası 2018-ci ilin may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcəkdir.
İqrar Cəfərov
Astarainfo.az