2016-cı il aprel ayında ermənilərin atəşkəsi pozması nəticəsində 2 günlük qızğın müharibə başlandı. Həmin müharibədə Azərbaycanımızın ərazi bütövlüyü naminə canından və qanından keçib şəhidlik zirvəsinə ucalan qardaşlarımızdan biri də Mingəçevir şəhər sakini 1983-cü il təvəllüdlü, 2 oğul atası Əhmədov Rüstəm Oruc oğlu oldu.
2 bacının bir qardaşı olan Rüstəm aprel döyüşlərində özü ilə bərabər 18 əsgərin həyatını xilas edərkən şəhid olub. Yaxın günlərdə Rüstəmgilin asiləsini ziyarətə getdiyimizdə qapını açan şəhidimizin atası üzü nurlu Oruc ata kədərli və sevincli baxışları ilə bizi evinə dəvət etdi. Getməyimizin məramını bildirdikdə Oruc ata ilə bərabər anası Saqibə ananın üzündə sevinc göz yaşları göründü. Məramımız Rüstəm haqqında video hazırlamaq olduğundan bu təklifimizi dəyərləndirib razılıq əldə etdikdən sonra çəkilişimizə başladıq.
Djb.az-ın Aprel şəhidi Rüstəm Əhmədov haqqında hazırladığı videonu sizlərə təqdim edirik.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...