Rayon Mərkəzi Kitabxanasının  Uşaq şöbəsi və Astara Dövlət  Rəsm Qalereyasının təşkilatçılığı ilə ümumrayon məktəbliləri  arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə 30 məktəblinin müxtəlif rəsmləri nümayiş olunub. Sərgidə Uşaq şöbəsinin fəal oxucuları, Rəsm Qalereyasının işçiləri iştirak edib. Sonda rəsm qalereyasının münsifləri tərəfindən qiymətləndirmə aparılıb və qaliblər elan olunub.
 I yerin qalibi Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı orta məktəbin X sinif şagirdi Abiyeva Gülnar Adil qızı, II yerin qalibi şəhər 5 saylı orta məktəbin X sinif şagirdi Rzayev Təyyar Yalçın oğlu, III yerin qalibi isə Şüvi kənd orta məktəbin VIII sinif şagirdi Sədiyev Mənsur Balasən oğlu olub.
Qaliblər Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Astara Dövlət Rəsm Qalereyasının fəxri fərmanları ilə təltif olunmuş, hədiyyələrə layiq görülüblər.

Natəvan Mədətzadə

Astarainfo.az