Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Çinin seysmoloji mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:47-də Xualyan şəhərinin yaxınlığında, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Astarainfo.az