Mayın 4-də  Astara Heydər Əliyev Mərkəzində 10 May Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ürəklərə köçən insan” mövzusunda sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra “Dahi şəxsiyyət” mövzusunda film nümayiş olunmuşdur.
Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummili Liderimiz
Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkşaf yolu keşmişdir.
Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuiq işlərinin təşəbbüskarı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış Neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.
Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial  – iqtisadi, eləcə də  humanitar sahələrdə əldə  edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.
 Ulu Öndər Heydər Əliyev  tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacağını vurğulamışdır.
Tədbirdə Astara rayon İcra Hakimiyyətində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsi üzrə baş məsləhətçisi Turan Həsənzadə, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov çıxış etmişlər.
   Elza Kazımova

   Astarainfo.az