Mayın 4-də Astara şəhər 1 saylı tam orta məktəbində Azərbaycan xalqının ümummilli lideri,Heydər Əliyevin anadan olmasının 95- illiyinə həsr olunmuş “Zamanın dahi şəxsiyyəti “adlı tədbir keçirilib.
Dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xədicə Əliyeva dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımızın tarixindəki misilsiz xidmətlərindən məlumat verib.  Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulayıb.
Daha sonra çıxış edənlər  Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndər Heydər Əliyevin xatirəsinin anma gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıblar.
Daha sonra şagirdlıərin ifasında Ulu Öndərin zəngin tarixi irsini əks etdirən maraqlı ədəbii- bədii kompazisiya təqdim edilib. Məktəbin xor qrupu “Sən elə bir zirvəsən” mahnısını ifa ediblər. Sonda tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar.

Astarainfo.az