Astarainfo.az LDU-nun mətbuat xidmətindən aldığı məlumata görə Avropanın nüfuzlu ali təhsil ocağı olan Macarıstanın Kapoşvar Universiteti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığa dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, imzalanma mərasimi Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla LDU nümayəndə heyətinin Macarıstanın Kapoşvar Universitetinə işgüzar səfəri zamanı həyata keçirilib.Müqaviləni hər iki ali təhsil ocağının rəsmiləri imzalayıb.
Dünya təhsilinin müsbət yeniliklərindən qarşılıqlı istifadəni nəzərdə tutan müqaviləyə əsasən, bu ali təhsil ocaqları arasında müəllim-tələbə mübadiləsi həyata keçiriləcək, birlikdə elmi konfranslar təşkil olunacaq, ikili layihələr hazırlanacaq.5 il müddətinə nəzərdə tutulmuş müqavilədə ikili diplomların təsis edilməsi də nəzərdə tutulub.
Səfər çərçivəsində LDU-nun nümayəndə heyəti Karoşvar Universitetinin təlim-tədris bazası, təcrübə sahəsi, elmi kitabxanaları, tədrisin vəziyyəti ilə yaxından tanış olub, tələbə-müəllim heyəti ilə bir sıra görüşlər keçiriblər.Xatırladaq ki, Kapoşvar Universiteti əsasən aqrar istiqamətdə kadrlar hazırlayır və bu ali təhsil ocaqları qarşılıqlı əməkdaşlıq istiqamətində ilk anlaşma memorandiumu 5 mart 2016-cı il tarixdə imzalanıb.
 
Esmira İsmayılova-Lənkəran
Astarainfo.az