Türkiyədə 12 şagirdi ildırım vurub

Türkiyədə 12 nəfəri ildırım vurub.
 Hadisə Şırnak vilayətinin Silopi rayonunda qeydə alınıb.
İstirahətə gedən şagirdlərin üzərinə ildırım düşüb, nəticədə 12 nəfər xəsarət alıb. Onların Silopi Atatürk Anadolu Liseyinin 11-ci sinif şagirdləri olduğu bildirilir.
Yaralılar bölgədə yerləşən xəstəxanaya yerləşdirilib.apa