Mayın 7-də Astara Dənizkənarı Park Bulvar Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd olunması, Bədən   tərbiyəsi    və    idman    haqqında    Azərbaycan   Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə yeniyetmə və gənclər arasında Kross idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elşad Axundov Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə, gənclər və idman sahəsində göstərdiyi xidmətlər haqqında ətaflı məlumat veriblər. Daha sonra yarışa start verilib.
Birinciliydə qızlar 1 km , oğlanlar 2 km, az yaşlı oğlanlar 1km məsafədə olmaqla ümumi 134 nəfər öz güclərini sınayıblar.
Yekunda qızlardan Cəlilova Nazpəri (Təngərüd kənd tam orta məktəb), Məmmədova Zeynəb (Astara şəhər 1 saylı tam orta məktəb), Rzayeva Aysun (Astara şəhər 3 saylı tam orta məktəb) müvafiq olaraq I, II və III yerlərə,  oğlanlardan Əliyev İlham ( Təngərüd kənd tam orta məktəb), Orucov Cavidan (Astara Pedaqoji Kolleci), Əsgərov Cəsur (Təngərüd kənd tam orta məktəb) müvafiq olaraq I, II və III yerlərə, az yaşlı oğlanlardan Qulizadə Mirzağa (Astara şəhər 3 saylı tam orta məktəb), Əliyev Məmmədəli (Astara şəhər 3 saylı tam orta məktəb), Səmədov Rəhim (Astara şəhər 3 saylı tam orta məktəb) müvafiq olaraq I, II və III yerlərə layiq görülmüşlər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə mükafatlandırılıblar.
 Elnur Qurbanlı 
Astarainfo.az