Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub.   Yarışın sonuncu – yeddinci günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici qarşılaşmalara çıxıblar.
Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayıb. Aleksandr Qostiyev və Şərif Şərifov gümüş, Cəmaləddin Məhəmmədov isə bürünc medal qazanıb. Mircəlal Həsənzadə isə “bürünc” uğrunda görüşdə uduzub.
Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15 mükafata sahib çıxıblar.
Onlardan həmyerlimiz Cəbrayıl Həsənov (79 kq) sərbəst güləşdə “bürünc”ə yiyələnib.apasport.az

Asim Yusifov

Astarainfo.az