Mayın 12-də İran İslam Respublikasının Astara şəhərində Astara Terminalının “Şimal-Cənub” və “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafındakı rolu barədə tədbir keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Astara şəhərində İran və Azərbaycan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.