Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin erməni qəsibkarları tərəindən işğalından 26 il ötür. Bu münasibətlə Astara şəhər 1 saylı tam orta məktəbində “Şuşasız 26” il adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xədicə Əliyeva şagirdlərə Şuşanın işğal olunması haqqında ətraflı məlumat verdikdən sonra Vətən, torpağı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi M.İsgəndərova  ” Şuşasız 26 il ” adlı məruzə ilə çıxış edib.
Daha sonra ədəbiyyat müəllimi Z.Hüseynova şagirdlərə əsl vətəndaş kimi yetişməklə  işğal altında olan torpaqlarımızın geri qaytarılmasına nail ola biləcəyini vurğulayıb.
Çıxış edənlər əminliklə qeyd ediblər ki, Dövlət başçısı cənab İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətində apardığı qətiyyətli mövqeyi sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək və elindən-obasından didərgin düşən məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
 Sonda” Şuşanın işğalı ” adlı sənədli film nümayiş olunub.

Əsmər Əliyeva

Astarainfo.az