Kijəbə qəsəbə futbol meydançasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayon Gənclər və İdman İdarəsinin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə kişilər arasında futbol üzrə Kijəbə qəsəbə inzibati ərazi dairəsinin açıq çempionatı keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Şahin Əmənullayev Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə ətaflı məlumat vermiş, yarışın məqsədinin Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olduğunu bildiriblər.
Yarışda “Deqədi”, “Xəzər”, “Ojəkəran”, “Tüləgüvan”, “Veteran”, “Pəlikəş”, “S.T.K”, “Burzubənd” komandaları iştirak etmişdir.
Maraqlı keçən mübarizələrin sonunda I, II və III yerə müvafiq olaraq “Ojəkəran”, “Xəzər”, “Deqədi” komandaları layiq görülüblər.
Yarışda Dadaşov İlqar (yüksək təşkilati dəstəyinə görə), Mirzəzadə Anar (ən çox qol vurduğuna görə), Qənbərv Nurlan (ən yaxşı hücumçü), Şəkərov Şamo (ən yaxşı yarım müdafiəçi), Baxşıyev Namiq (ən yaxşı müdafiəçi), Abbasov Zamiq (ən yaxşı qapıçı) təltif olunublar.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları, Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi və Kijəbə qəsəbə Bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...