Astara Heydər Əliyev  Mərkəzində  “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin, mühasiblərinin  iştirakı ilə  tədbir keçirilmişdir. Astara rayon Məşğulluq Mərkəzinin direktoru  Zeynulla Şükürov tədbirdə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən icbari sığorta haqqında” Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bununla əlaqədar işə götürənlər qarşısında duran vəzifələrin yerinə yetirilməsi müstəsna əhəmiyyət kəsb edir. İdarə, müəssisə rəhbərləri və sahibkarlar bu qanunun icrası ilə əlaqədar konkret tədbirlər görməlidirlər.
Mövzu ətrafında Mərkəzin İşaxtaran və işsiz vətəndaşların Sosial Müdafiəsi Sektorunun baş məsləhətçisi Ağadadaş Cəfərov məruzə etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin, Dövlət Qulluqçuları Həmkarlar Təşkilatının nümayəndələri,inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyə rəhbərləri iştirak etmişlər.

Astarainfo.az