Dövlət İmtahan Mərkəzinin mayın 20-də Lənkəran şəhərində ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 1983 abituriyent iştirak edib.
İmtahanlar Lənkəran şəhər 2, 4, 5 nömrəli və Sütəmurdov kənd tam orta məktəbində keçirilib.
İmtahanlar 15 imtahan rəhbəri və 166 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Qəbul imtahanları saat 11:00-da başlanıb və üç saat davam edib.
Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin məsləhətçisi Rəsmiyyə Dədəyevanın verdiyi məlumata görə, iki abituriyent qaydalara əməl etmədiyinə görə imtahandan xaric edilib.AZƏRTAC