Mayın 21-23-də Gənclər evində rayon İcra Hakimiyyəti, rayon Gənlər və İdman İdarəsi və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə ümumtəhsil orta məktəbləri, Pedaqoji Kollec və İƏD üzrə gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş seminar, rəsm əsərlərinin sərgisi və bayraq muzeyinə ekskursiya keçirilib.
Tədbirlərin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxış edərək Xalq Cümhuriyyətinin yaranması ilə bağlı geniş məlumat vermişdir. O cümlədən tədbirlərdə çıxış edənlər Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Elşad Axundov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, Pedaqoji Kollecin Tarix müəllimləri Elçin Mahmudov və Sədaqət Səmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi əhəmiyyəti və bu günü haqqında geniş məlumat veriblər. İştirakçılar həmçinin Gənclər evinin girişində Astara rayon Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış rəsm əsərlərinin sərgisinə baxıblar.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və Pedaqoji Kollecin Tarix müəllimi Elçin Mahmudov Gənclər evində yaradılan Bayraq muzeyində 1918-ci ildən 1991-ci ilə qədər Azərbaycanın bayraqları haqqında gənclərə geniş məlumatlar vermiş və muzeydə olan digər eksponatlarla gəncləri tanış ediblər.
Onu da qeyd edək ki, tədbirlərdə 800-dən çox yeniyetmə və gənc iştirak edib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...