Rayona gətirilən 52 qutu ipəkqurdu toxumu bu sahə üzrə təcrübəsi olan insanlara paylanılıb.
Ümumilikdə barama qurdları 10 yaşayış məntəqəsinə paylanılıb. Kümçülər ipəkqurdunu gün ərzində 4 dəfə yemləyirlər. Qurdlar sürətlə böyüdüyü üçün onlara tut yarpağı daha çox lazım olur.
İpəkqurdunun yem bazasının möhkəmləndirilməsi məqsədiylə Astaranın ayrı ayrı yaşayış məntəqələrində son 3 ildə 21 min tut tingi əkilib. Yem bazası artıqca rayonda daha çox barama qurdu bəslənəcək.
Barama qurdları böyüdükcə seyrəldiləcək.Buna görə də kümçülər əlavə rəflər hazırlayıblar.Rayonda 52 qutu ipəkqurdu toxumundan 2 ton barama istehsalı nəzərdə tutulub. Tədarük olunan barama emal və ipək istehsalı müəssisələrinə təhvil veriləcək.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və...