Rayona gətirilən 52 qutu ipəkqurdu toxumu bu sahə üzrə təcrübəsi olan insanlara paylanılıb.
Ümumilikdə barama qurdları 10 yaşayış məntəqəsinə paylanılıb. Kümçülər ipəkqurdunu gün ərzində 4 dəfə yemləyirlər. Qurdlar sürətlə böyüdüyü üçün onlara tut yarpağı daha çox lazım olur.
İpəkqurdunun yem bazasının möhkəmləndirilməsi məqsədiylə Astaranın ayrı ayrı yaşayış məntəqələrində son 3 ildə 21 min tut tingi əkilib. Yem bazası artıqca rayonda daha çox barama qurdu bəslənəcək.
Barama qurdları böyüdükcə seyrəldiləcək.Buna görə də kümçülər əlavə rəflər hazırlayıblar.Rayonda 52 qutu ipəkqurdu toxumundan 2 ton barama istehsalı nəzərdə tutulub.  Tədarük olunan barama emal və ipək istehsalı müəssisələrinə təhvil veriləcək.
Astarainfo.az