Hindistanda “Nipah” virusu 16 nəfəri öldürdü

Hindistanın cənubundakı Kerala ştatında ölümcül “Nipah” virusuna yoluxma halı qeydə alınıb.
 Son bir neçə gün ərzində 16 nəfər bu virusdan həlak olub.
Bölgədə yoluxma hallarının dəqiq sayı hələlik məlum deyil.
Qeyd edək ki, “Nipah” virusu 1998-ci ildə Malayziyanın Kampunq Sunqay Nipah kəndində aşkar edilib. O zaman virusun ötürücüləri donuzlar olmuşdu.
Hazırda “Nipah” virusuna qarşı vaksinlər mövcud deyil. Xəstəliyə yoluxma 70 faiz hallarda ölümlə nəticələnir.Trend