Mayın 30-da Moskvada kikboksinq üzrə “JARA Fight Show” turniri keçirilib.
Azərbaycan idmançısı Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək “King of Kings” versiyası üzrə Avropa çempionu adını qazanıb.
Səmədov 5 dəqiqə davam edən döyüş ərzində aşkar üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu onun sayca 99-cu qələbəsi olub.
Döyüş Moskvanın “Vegas City Hall” kompleksində baş tutub.(Report)