İyunun 1-də Astara rayon Heydər Əliyev parkında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.
Sərgidə Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət rəsmləri nümayiş olunmuşdur. Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin rəhbəri Cəmalə Məmmədova və dərnək üzvləri iştirak etmişlər.
Elza Kazımova
Astarainfo.az