Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da  təntənə ilə qeyd edilir.
İyunun 1-də Astara rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü  Astara Limu Forest əyləncə mərkəzində təntənəli şəkildə  qeyd olunmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbiri rayon icra hakimiyyəti aparatının məsul işçisi Elşad Axundov açmış və bildirmişdir ki, bu əlamətdar günün tarixi ötən əsrin ortalarına təsadüf edir. BMT Baş Asambleyasının 1950 ci ildə keçirilən konfransında bu haqda təkliflər səslənmişdir və  1 iyul dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilməyə başlamışdır.
 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2008 ci il tarixli sərəncamı ilə dövlətin və cəmiyyətin üzərinə uşaqların qayğısına qalmaq öhdəlikləri təsbit edilmiş Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.
Elşad Axundov qeyd etmişdir ki, bu gün rayonda yaşayan və təhsil alan uşaqların istedad və bacarıqlarını üzə çıxarmaq, onlara milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin dövlətçilik tariximizi aşılamaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə Uşaqları bayram münasibətilə təbrik etmiş və ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğının olduğunu diqqətə çatdırmış həmçinin uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını vurğulamışdır.   Fəridə Ağazadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, ölkəmizin balaca sakinlərinin gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
Daha sonra şəhər, qəsəbə və kənd bağçalarının uşaqlarından ibarət qruplar şeirlər və hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə çıxış etmişlər.
Tədbirdə Cəlal Mədətzadənin rəhbərliyi ilə Astara Mədəniyyət Mərkəzinin “Sevinc mahnı və rəqs ansamblı” uşaqlar qarşısında öz zəngin repertuarlarından mahnılar səsləndirmişlər.

Nicat Raufoğlu

Astarainfo.az