Milli Televiziya və Radio Şurasının konfrans zalında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçki keçirilib.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.(Trend)