“Bu gündən iyunun 11-dək kimi müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinə başlanılıb. Yerdəyişmə müsabiqəsinə 6000-dək vakant yer çıxarılıb. Bu, bütün ixtisasları əhatə edir”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin yerdəyişməsində yalnız daimi əsaslarla ümumtəhsil müəssisələrində çalışan müəllimlər iştirak edə biləcək: “Onlar yerdəyişməyə əvvəlki illərdə iştirak etdikləri diaqnostik qiymətləndirmə və yaxud işə qəbul üzrə müsabiqənin nəticələri ilə qatıla bilirlər. Həmin nəticələr tərəfimizdən əsas götürüləcək və namizədlər arasında ən yüksək balı toplayan namizəd vakant yerlərə yerləşdiriləcək. Ən yüksək bal kimdə olacaqsa, vakant yerə o namizəd yerləşdiriləcək”.(APA)