Türkiyənin İraqla həmsərhəd Hakkari əyalətində PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi həlak olub, daha ikisi isə yaralanıb.
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir. Terrorçuların hücum zamanı tank əleyhinə silahdan istifadə etdiyi bildirilir. Yaralıların həyatına təhlükə yoxdur.( apa)