Xəzəryanı dövlət başçılarının sammiti Aktauda keçiriləcək

Xəzəryanı ölkələrin rəhbərlərinin və nümayəndə heyətlərinin iştirak edəcəyi Xəzəryanı dövlət başçılarının sammitinin Aktauda keçirilməsi planlaşdırılır.
 Bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinin başçısı Yeralı Tuqjanov ilə görüşündə bildirib.
“Qarşıdakı görüşün bütün təşkilati məsələlərini işləyib hazırlamaq lazımdır”, – N.Nazarbayev deyib.
Xatırladaq ki, Xəzəryanı dövlət başçılarının növbəti sammitinin ilin ikinci yarısında Qazaxıstanda keçiriləcəyi gözlənilir.”Report”