Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2018-ci il tarixli Sərəncamı ilə   Astara Suvarma Sistemləri İdarəsinin  rəisi  Habil Qədəmulla oğlu Manafov  “Tərəqqi” medalına layiq görülmüşdür.
Rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsində son illərdə qazanılan yüksək nailiyyətlərdə Suvarma Sistemləri İdarəsinin sanballı payı vardır. İdarənin rəisi Habil Manafov öz işgüzarlığı və təşəbbüskarlığı ilə kollektivdə möhkəm intizam yaratmış, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün yeni forma və metodların tətbiqinə geniş yer vermişdir.  Torpaqların yenidən istifadəyə qaytarılmasında müstəsna rolu olan Suvarma Sistemləri İdarəsinin fəaliyyəti yüksək qiymətə layiqdir.. Rayonda çəltikçiliyin və çayçılığın inkişafı düzgün suvarmadan asılıdır. Hər il rayonda çəltik istehsalı bir neçə dəfə artırılır. Bol su tələb edən bu sahənin inkişafı suvarma işçilərinin əməyindən asılıdır.
Su Təsərrüfatı və Meliorasiya işçiləri günü münasibətilə rayonumuzun Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən təbrik edir, idarənin rəisi Habil Manafova “Tərəqqi” medalına layiq görülməsi münasibətilə ən xoş arzularımızı bildiririk.
“Astara”qəzeti və Astarainfo.az-ın kollektivi Habil Qədəmolla oğlu Manafovu yüksək mükafata layiq görülməsi münasibətilə onu təbrik edənlərə qoşulur və gələcək fəaliyyətində uğurlar arzulayır.
Astarainfo.az