İyunun 7-də Astarada “Şindan” otelinin konfrans zalında Astara Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Tərəqqi” gəncliyin inkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üzrə birinci qrant müsabiqəsi çərçivəsində “Region gənclərinin istehlakçı hüquqlarının qorunması sahəsində maarifləndirilməsi” adlı layihəyə uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və Astara Pedaqoji Kollecinin tələbələrinin iştirakı ilə təlim keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı iştirakçıları salamlamış və ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərlə bağlı qəbul olunan dövlət proqramlarından, gənclər təşkilatlarına göstərilən dövlət dəstəyindən bəhs etmişdir. Daha sonra çıxış edən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri Raci Səfərov İctimai Birliyin fəaliyyəti və layihə haqqında geniş məlumat vermişdir.
Daha sonra layihənin təlimçisi Rafət Şirəliyev tərəfindən iştirakçılara “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan  Respublikasının  qanununu”  şərh olunmuş, “Ştrix-kod nədir?”, “İstehlakçı nələri bilməlidir”  mövzularda məlumat verilmiş və interaktiv müzakirələr  aparılmışdır.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.
Elnur Qurbanlı

Astarainfo.az