Astara sakinibir neçə avtomobilin ehtiyat hissəsindən qeyri-adi görünüşə malik avtomobil yığıb. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Maşının əsas xüsusiyyəti isə qənaətçilliyidir.
Dönmə və qəza işıqları, yeni sükan və digər xırda detallar nəzərə alınıb.
Astara rayonunun Şiyəkəran kənd sakini olan CeyhunBabayev ”muravey”motosikletini dəyişdirərəkyükmaşını düzəldib. O,yükün daşınması üçün nəzərdə tutduğu texnikanı6 ay müddətində ərsəyə gətirib. Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub.maşın dizel yanacağı ilə işləyir. 100 km-ə isə 2 litr yanacaq sərfiyatı var.
Ceyhun Babayev maşının hazırlanmasında bir neçəavtomobilin hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özünün gördüyünü deyir.
Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir.Ceyhun Babayev düzəltdiyi texnikanı daha da təkmilləşdirmək fikrindədir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti...