Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.
 Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası gəlirlər 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiq edilir.
Büdcə kəsiri 1 077 793 990, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı isə 1 644 600 000 manat təşkil edir.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.