Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iyunun 14-ü saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiklərini qeyd etmiş abituriyentlər yay imtahanına da qatılmaq istədikləri halda həmin tarixədək qeydiyyatdan keçməlidirlər. Təsdiqlənmiş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. Martın 29-dan aprelin 30-dək aparılmış elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də müvafiq qaydada qeydiyyatdan keçə bilərlər.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olmalı, “Abituriyentin elektron ərizəsi” formasını doldurmalı və ərizəni təsdiqləməlidir.AZƏRTAC