Astara Pedaqoji Kollecində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyi, Astara Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maariflləndirmə tədbirlərinin keçirilməsi” lahiyəsinə uyğun təlim keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru Ağabala İbrahimov açıq elan etmiş, tədbirin əhəmiyyətini tələbələrə çatdırmışdır.
Mövzu barədə “Müasir İnkişaf” İctimai Birliyinin sədri AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü ətrafli məruzə ilə çıxış etmişdir.
Daha sonra Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Rayon  Mərkəzi Xəstəxananın həkim laborantı Emin Rzayev, ziyalı Xalid Hüseynov çıxış etmişlər.
Çıxışlarda 15 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan  gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbulu, gənclərə, gənclər təşkilatlarına və digər ictimai təşkilatlara göstərilən qayğı, erkən nikahların dünya  və respublika üzrə statistikası, erkən  nikahların fəsadları və s. məlumat verilmişdir.
Yekunda tələbə gənclərin sualları cavablandırılmışdır.
 Rufan Şirinov
Astarainfo.az