Astarada yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Hadisə iyunun 11-də baş verib.
Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib.(APA)