“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən respublika silahlı qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya təşkil olunub. Aksiyanın keçirilməsində məqsəd Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.
Vətəndaşlara ”əsgərə məktub” yazmaq imkanı yaradıldı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya təşkil olunub. “Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə keçirilən aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz ordusuna, öz əsgərinə ehtiramını, sevgisini bildirməsinə vasitəçi olmaqdır.
Aksiyanın keçirildiyi məkan da xüsusi guşədə fəaliyyət göstərir.Əsgər valideynləri sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, ödənişsiz bağlama da göndərə bilirlər.
Qeyd edək ki, aksiyanın ikinci mərhələsinin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.Bütün məktublar və bağlamalar həmin gün cəbhə bölgəsində xidmət edən əsgərlərə çatdırılacaq.Xezerxeber.az