Azərbaycan “Azadlıq” meydanında baş tutan paradda hərbi qüdrətini nümayiş etdirdi.
Əvvəlcə 4000 nəfərədək şəxsi heyət tribuna önündən keçib. Sonra hərbi texnika və uçuş vasitələri nümayiş olunub.
Zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri paradı izləyənlərin böyük maragina səbəb olub. 2016-ci ilin aprel döyüsləri zamanı bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli döyüş texnikası məhv edilib.
Tribuna önündən daha sonra üzərində pilotsuz uçus aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmus “MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri keçiblər.
Çöl səraitində qərargah və kəsfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmus zirehli komanda-qərargah və kəsfiyyat avtomobillərində qurasdırılan “LORENS” yerüstü müşahidə stansiyası kəşfiyyat məlumatlarının əldə edilməsinə imkan verir.
“ORBİTER 1K” PUA-sı hava kəşfiyyatının aparilması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi üçün,”ORBİTER 3B” isə müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmus vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilir. Uçuş məsafəsi 150 km.-dir. “AEROSTAR BP” saatda 157 km. saat uça, 250 km. fəaliyyət radiusu ilə havada 12 saat qala bilir.
Müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçus aparatları da paradda nümayis etdirilib. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatları aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub.
Dünyada ən döyüskən tank kimi taninan “T-90S” tankı, “S-300 FAVORIT” çoxkanallı universal mobil zenit-raket sistemi, “Ildırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, silahlanmaya yeni daxil olmus avtomatik idarəetmə sistemi ilə təchiz edilmis 152 millimetrlik özüyeriyən artilleriya qurgusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmis 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olunub.
Belarus istehsalı olan “Polonez” raket kompleksi və İsraildən alınmış “LORA” raketləri də ilk dəfə nümayiş etdirilənlərdəndir. Maksimal uçuş məsafəsi 300 km. olan “Polonez”in sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Həmçinin reaktiv yaylım atəş sistemlərindən olan RM-70 “Vampir Yars” və 130 km. məsafədə hədəfi 15 metr sapma ilə vurmağı bacaran Türkiyə istehsalı TR-300 “Qasırğa” kompleksi də nümayiş olunub.
Həmçinin Dövlət Sərhəd Xidmətinin “Tufan” və “Şahdağ” tipli 11 gəmisi də ilk dəfə paradda iştirak edib.
Bunun ardınca “Azadlıq” meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçusu başlayıb.
Hərbi Hava Qüvvələri uçusa 2 ədəd “Mi-17”-lərlə başlayıb. Helikopterlər Azərbaycan bayrağını və ümummilli lider Heydər Əliyevin portretini “Azadlıq” meydani üzərində dalğalandırıb. Daha sonra yüksək manevr qabiliyyətinə malik “BELL-412”, dənizdə və su hövzələri üzərində axtarış-xilasetmə tapşşrşqlarşnşn yerinə yetirilməsi, həmçinin dəniz desantşnşn su hövzələrinə çıxarşlmasş üçün təyin olunan “KA-32”, çoxfunksiyalş hərbi-nəqliyyat təyinatlş “Mi-24 QRIFIN”, eləcə də “LAHAT”, “SPAYK NLOS” tipli raketlərlə silahlanmiş “Mi-17”, habelə “MI-35” helikopterləri meydanşn üzərindən keçiblər.
Təlim-döyüş təyyarəsi “L-39”, yaxın və orta məsafələrdə hava döyüslərinin aparılması üçün nəzərdə tutulan “MİQ-29”-lar çətin tapşırıqları uğurla icra ediblər.
Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında üçrəngli bayragımızın möhtəşəm əksini yaratdılar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: