İyulun 2-dən Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır.
Təhsil Nazirliyindən verilən xəbərə görə, elektron ərizələrin qəbulu miq.edu.az saytı vasitəsi ilə iyulun 8-dək aparılacaq.
Qeyd edək ki, müsabiqənin test imtahanı və müsahibə mərhələləri Azərbaycan Texniki Universitetində keçiriləcək.
Yeni qaydalara əsasən, bu il müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcək.(APA)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...