Qida Təhlükəsizliyi Agentliyi baytarlıq və fitosanitar sahələrinə dövlət nəzarətini icra edəcək.
Bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, gələn aydan Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində baytarlıq və fitosanitar sahələrində xidmətləri həyata keçirəcək. İyulun 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi bu prosesə dövlət nəzarətini icra edəcək. Agentlik fitosanitar və baytarlıq sertifikatlarını da verəcək.AZƏRTAC