Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə fədəkar  və əzmli işinizdə yeni uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və səadət arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində yaradılan Azərbaycan polisi ötən illər ərzində mübarizə dolu şərəfli yol keçmişdir. Yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etmiş, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirmişdir.
Azərbaycan polisi həmçinin, tarixin müxtəlif dönəmlərində torpaqlarımızın düşmənlərdən qorunması və müdafiəsi uğrunda döyüşlərdə də qəhrəmanlıqlar göstərərmiş, şəhidlər vermişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu prosesi müvəffəqiyyətlə həyata keçirilir, korrupsiyaya, rüşvətxorluğa, digər neqativ hallara qarşı barışmaz mübarizə aparılır.
Azərbaycan polisinin mübariz dəstələrindən biri olan Astara rayon Polis şöbəsinin şəxsi heyəti də qanunla onlara verilmiş səlahiyyətləri, tapşırılmış vəzifələri layiqincə yerinə yetirirlər. Polis əməkdaşlarının rayonda sabitliyin təmin edilməsi, cinayətkarlığa və qanun pozuntusu hallarına qarşı mübarizə sahəsindəki xidmətlərini yüksək qiymətləndirir, bundan sonra da müstəqil dövlətimizin qanunları çərçivəsində vətəndaşların hüquqlarının qorunmasında yorulmadan çalışacaqlarına inanıram.
Peşə bayramınızı bir daha təbrik edir, sizə ən xoş arzularımı bildirirəm!
Hörmətlə:
 Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev
Astarainfo.az