DÇ-2018 davam edir. Bu gün mundialda 1/4 final oyunlarına start veriləcək.
İlk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirəcəklər. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibini məğlub etmək əzmindədi. Fransa millisi isə favoritlərindən hesab olunduğu dünya çempionatında daha irəli getmək üçün güclü rəqiblərdən birinə qalib gəlməlidi. Didye Deşamın komandasında Matuidi vərəqə cəzalısıdırsa, Uruqvayda Kavaninin oynayıb-oynamayacağı sual altındadı.
Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olacaq. Braziliya Belçika ilə üz-üzə gələcək. Pentakampeonlar növbəti çempionluğu hədəflədiyindən bu oyunda da meydana mütləq qələbə üçün çıxacaqlar. Meksika ilə matçda sonradan meydana çıxan Marselonun zədəsi sağalıbsa, Duqlas Kostanın meydana çıxmamaq ehtimalı var. Kazemiro isə sarı vərəqə cəzası səbəbindən oyunu buraxacaq. Belçika isə bəzi mütəxəssislərin fikrinə görə, tarixin ən yaxşı heyətinə sahib komanda ilə mümkün qədər yüksəyə çıxmaq istəyir. Roberto Martinezin heyət baxımından bir problemi yoxdu.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...