Astara Heydər Əliyev Mərkəzində 14 iyul Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 49 illiyi ilə əlaqədar “Zəmanəmizin dahi şəxsiyyəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova  açıq elan edərək  bildirmişdir ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.
Sonra “Heydər Əlirza oğlu Əliyev” mövzusunda film nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az