Gənclərin  potensialından  ölkənin  mənafeyi  naminə düzgün  istifadə  olunması,   onların sağlamlığının qorunması ,asudə vaxtının səmərəli təşkili, məşğulluğunun  təmin  edilməsi,istedadların üzə çıxarılması və s.  məqsədi  ilə  ölkəmizdə “Gənclər  siyasəti  haqqında”,  “Bədən  tərbiyəsi  və  idman  haqqında”  Azərbaycan  Respublikasının  qanunları,  “ 2015-2025 –ci  illərdə Azərbaycan  gənclərinin  İnkişaf  Strategiyası”, 15 sentyabr  2017 -ci  il tarixdə “Azərbaycan gəncliyi 2017-2021 -ci  illərdə”  Dövlət  Proqramı”  təsdiq  edilmişdir.  Bu sənədlərdə gənclərin sağlam həyat tərzinə  və asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verilmişdir.
Son dövrlərdə  Dövlət  Bayrağı  Meydanının, “Gənclər  Evi” nin ,  Astara   Olimpiya  İdman   Kompleksinin , Astara Boks Mərkəzinin, Astara Dənizkənarı Park-Bulvar Kompleksininin  istifadəyə verilməsi dövlətin  gənclərimizə göstərdiyi  diqqət  və  qayğının  bariz nümunəsidir. Rayonumuzda bu obyektlərdən səmərəli istifadə edilməsi yeniyetmə və gənclərimizin inkişafına töhfəsini verir.
Eləcə də Astara rayonunun əsrarəngiz təbiəti,xüsusən Xəzər dənizi sahilindən səmərəli istifadə əhalimizin və o cümlədən uşaq,yeniyetmə və gənclərin  sağlamlığının yüksəldilməsi üçün  böyük potensiala malikdir.
Bütün bunları nəzərə alaraq rayon Gənclər və İdman İdarəsi , Olimpiya İdman Kompleksi,Uşaq Gənclər İdman-Şahmat Məktəbi,  Boks Mərkəzi, Şərq idman növləri üzrə Federasiyaların Astara rayonu üzrə nümayəndəlikləri  Xəzər dənizi sahillərində karatenin Sindo-ryu və Pencak-silat,Budo döyüş növləri, Boks,Kikboksinq,Sərbəst güləş,Atletika,Futbol idman növləri üzrə 01 iyul  2018-ci il tarixdən etibarən təyin olunmuş günlərdə təlim məşqləri başlamış və 31 avqust 2018-ci il tarixədək davam edəcəkdir.Təlim məşqlər səhər 700-dən 1000-dək, eləcə də axşam saatlarında 1900-dən 2000-dək aparılır.
 Qeyd olunmalıdır ki, təlim məşqlərdə fasilə zamanı gənclərin tam sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin  fiziki,sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır. Tədbirlərin təşəbbüskarı olan Astara RGİİ-nin rəisi Ərçə Əliyev  maarifləndirici söhbətlərdə,eləcə də Boks,Atletika,Futbol üzrə təlim məşqlərin aparılmasında bilavasitə iştirak edir, yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönəlməsinə ruhlandırır.
Təlim məşqlərin təşkilində məşqçi-müəllimlərdən Əliyev Nəzərəli,Əliyev Ağadədə,Əliyev Rəşad,Məmmədov Cəbrayıl,Salmanov Tofiq,Axundov Nizami,  Axundov Etibar,Mirzəyev Qəhrəman, Bəşirov  Elnur fəal iştirak edirlər.
Rayonumuzda Astara şəhərinin Xəzər dənizi sahilində  Astara Dənizkənarı Park-Bulvar Kompleksininin ərazisində 12-23 iyul tarixlərdə məşqçi Fuad Quluzadənin rəhbərliyi ilə Bakı şəhərinin “Cüdo klub-2018” idman klubunun Cüdo üzrə  təlim məşqləri davam edir.

  İqrar Cəfərov

 Rufan Şirinov

 Astarainfo.az