UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Azərbaycan çempionu Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.
Saat 21:00-da başlayacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.
Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.(AZ’RTAC)