Azərbaycanda 30 iyul vəkillərin peşə bayramı günü kimi qeyd olunacaq.
Bu barədə qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında qəbul olunub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərin peşə bayramının təsis olunması zəruridir və bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb.
Komissiya tərəfindən çoxsaylı arxiv sənədləri üzərində aparılan araşdırma və təhlillər nəticəsində 1919-cu ilin 30 iyul tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında bu barədə qərar yekdilliklə qəbul olunub.(APA)