Yeni Azərbaycan Partiyası mətbuatın fəaliyyətinə böyük önəm verir.
Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib: “Dövlətin əldə etdiyi naliyyətlərdən biridir ki, dövlət səviyyəsində mətbuata böyük diqqət göstərilir. Azərbaycanda böyük mətbuat formalaşıb.
Sosial media bu gün mətbuat qarşısında ciddi çağırış qoyur. İndi hər kəs sosial şəbəkə vasitəsi ilə mətbuatın bir hissəsinə çevrilir, hər kəs sosial şəbəkədə məlumat yayır. Bütün bunlar mətbuat qarşısında ciddi çağırışlar qoyur.
Azərbaycan sürətlə inkişaf edir, bu özünü mətbuat azadlığı sahəsində də göstərir. Azərbaycan böyük qlobal layihələr həyata keçirir, qlobal tranzit mərkəzinə çevrilir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, mövqeyini gücləndirir. Etiraf etməliyik ki, gələcəyimiz daha parlaq olacaq. Bunu qısqananlar ölkədə təxribatlar törətməyə cəhd edir, ancaq onlar heç nəyə nail ola bilmirlər, çünki bunun üçün heç bir baza yoxdur. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir, möhkəm xalq iqtidar birliyi var”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...