Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının son iki gündə keçirdiyi antiterror əməliyyatları nəticəsində ölkənin Hakkari və Ərzincan bölgələrində, İraqın şimalındakı Avaşin-Basyan ərazisində 11 terrorçu zərərsizləşdirilib.
Ərzincanda daha 2 terrorçu arteriya atışı ilə məhv edilib. Terrorçuların fəallaşması ilə əlaqədar Haqqarinin vilayətinin 3 rayonunda komendant saatı elan olunub.
Suriyadan Türkiyəyə keçən PYD/PKK terror təşkilatının üzvü olan 2 terrorçu Şanlıurfada təhlükəsizlik qüvvələrinə təslim olub.
Başqa bir rəsmi məlumatda isə bildirilir ki, iyulun 22-də Suriyanın Kobani bölgəsindən Türkiyəyə keçən iki PKK/PYD mənsubu Suruç ərazisində yaxalanıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...