İyulun 24-də  Milli Mətbuat bayramı münasibətilə “Astara” qəzeti, Astara  Bələdiyyəsi, Astara Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2013-cü ildən Astarada fəaliyyət göstərən “Günərzi qayğı mərkəzin”də balacalarla görüş keçirilib.
“Günərzi Qayğı Mərkəzi”nin balaca fidanları qonaqların gəlişinə çox sevinib maraqlı oyunlarla, rəqslərlə, qonaqlara xoş təsir bağışlayıblar.
“Astara” qəzeti və Astara Bələdiyyəsi balacaların görüşünə  müxtəlif, rəngarəng hədiyyələrlə gəliblər.
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Cəlal Mədətzadə və Samir Əzimov vidoçarx vasitəsilə onlara  cizgi filmləri-“Qırmızı Papaq”, “Tıq-Tıq xanım”ı  göstəriblər.
 Mərkəzdə ən yaddaqalan məqamlardan biri də 11 yaşlı Qadirin doğum gününün dostları arasında təntənə  ilə qeyd olunması olub.
 “Günərzi Qayğı Mərkəzi”nin Rayon üzrə kordinatoru Səbuhi Nağıyevin verdiyi məlumata əsasən bu mərkəzdə 2 qrup üzrə 30 uşaq qayğı ilə əhatə olunub.
Qeyd edilmişdir ki, “Ümid  Yeri Xeyriyyə Cəmiyyəti” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sifarişi əsasında həyata keçirilmiş bu layihənin məqsədi sosial cəhətdən imkansız ailələrə kömək etməkdir.
Gülnar Əsədli
Astarainfo.az