İyulun 27-də Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr başlayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova rəhbərlik edir.
Tərəflər xarici siyasətin informasiya təminatı məsələləri ilə bağlı fikir mübadiləsi aparırlar. (xezerxeber.az)