“Builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olunub. Biz “Jara-2017” Beynəlxalq Musiqi Festivalını başa çatdırdıqdan sonra keçən il avqust ayının əvvəlində görüşdük və görəcəyimiz işləri planlaşdırmağa başladıq”.
Bu sözləri Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. O qeyd edib ki, bu il festivalda 75 ifaçı çıxış edəcək, 1200-dən çox musiqiçi gəlib.
“Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalının iştirakçıları rol alıb. Filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. Həmçinin hər bir artist üçün “Jara” albomunun hazırlanması nəzərdə tutulur”.
“Jara-2018” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları – Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, dünya şöhrətli ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin suallarını cavablandırıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, deyə bilərəm ki, “Jara” Beynəlxalq Musiqi Festivalı təşkilatçılığının çox yüksək səviyyədə olması ilə digərlərindən seçilir “, – deyə vurğulayan Filip Kirkorov qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, iki il öncə “Crystal Hall”da keçirdiyi konserti yaradıcılığının ən möhtəşəm konserti adlandırıb.
Qriqori Leps isə festivalda gənc ifaçıların iştirakını yüksək dəyərləndirib. Gənc ifaçı MOT isə bu festivalı gənclər üçün bir yaxşı başlanğıc kimi qiymətləndirib.
İlk dəfə bu festivalda iştirak etdiyini qeyd edən Lyubov Uspenskaya təşkilatçılığın yüksək səviyyədə olduğunu, Bakını da gəzəcəyini qeyd edib.(Axşam.az )
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...